NƏCİSİN ÜMUMİ ANALİZİ. KOPROQRAMMA NƏDİR ?

NƏCİSİN ÜMUMİ ANALİZİ.
KOPROQRAMMA NƏDİR ?
Nəcisin analizi Bakıda BİOMEDSPEKTR tibb mərkəzində aparılır. Əlavə məlumat üçün telefonları ana səhifəmizdən götürə bilərsiniz.
(Анализ кала в Баку производится в медицинском центре БИОМЕДСПЕКТР. Дополнительная информация и телефоны на главной странице нашего сайта. )
Koproqramma nədir ?

Koproqramma, bu nəcisin ( fekaliy, ekskriment) fiziki, kimyəvi xassələrinin, nəcisin tərkibinə daxil olan komponentlərin və digər müxtəlif mənşəli maddələrin analizi deməkdir.
Bu həm də mədə-bağırsaq traktının və həzm orqanlarının diaqnostikasının bir hissəsi sayılır.
Azərbaycanca cinonimi — Nəcisin ümumi analizi
Rusca sinonimi — Общий анализ кала
İngiliscə sinonimi — Koprogramma, Stool analysis.
Analiz üsulu Mikroskopiyadır. Biomaterial kimi nəcisdən istifadə edilir.
Analizə necə hazırlaşmaq lazımdır?
Analiz verməzdən 72 saat qabaq mədə-bağırsaq traktını boşaldan, qəbizliyə qarşı preparatlardan, rektal şamlardan istifadə etmək, mədə-bağırsağın peristatikasına təsir edən (belladonna, pilokarpin), nəcisin rənginə dəyişən (dəmir, vismut, kükürdlü barium) maddələr qəbul etmək olmaz.
Nəcisin analizi barədə ümumi məlumat.
Koproqramma — bu nəcisin analizidir.
Nəcis — mədə-bağırsaq traktında qidaya həzm prosesi zamanı fermentlərin, mədə çirəsinin, ödün və bağırsaq bakteriyalarının təsiri nəticəsində əmələ gələn məhsuldur.
Nəcisin tərkibi sudan (70-80%) və quru qalıqdan ibarətdir. Öz nəvbəsində quru qalıqın 50 %-i canlı bakteriya, qalan 50 %-i isə həzm olunmuş qida qalıqlarından ibarətdir. Hətta normal halda belə nəcisin tərkibi sabit deyil. Əsasən bu qəbul edilmiş qidadan və mayenin miqdarından asılıdır.

Müxtəlif xəstəliklər zamanı nəcisin tərkibi kəskin şəkildə dəyişir. Nəcisin tərkibindəki bu və ya digər komponentlərin miqdarının dəyişməsi həzm orqanlarının funksiyalarının pozulması və patologiyaları zamanı , həmçinin orqanizmin başqa sistemlərinin də xəstəlikləri zamanı baş verə bilər. Tərkibin dəyişməsinin xarakterı müxtəlif xəstəliklər zamanı müxtəlif olur.
Bu dəyişmələri müxtəlif qruplara bölmək olar:
— nəcisin tərkjibindəki komponentlərin miqdarının dəyişməsi.
— parçalanmamış və ya həzm olunmamış qida qalıqlarının miqdarı.
— mədə-bağırsağa ifraz olunan bioloji elementlərin və maddələrin miqdarı.
— mədə-bağırsaqda maddələr mübadiləsi zamanı əmələ gələn, toxuma və hüceyrələrdən ifraz olunan maddələr.
— mikroorqanizmlər.
— bioloji və digər mənşəli başqa birləşmələr.
Nəcisin analizi hansı məqsədlərlə aparılır ?
Bu analizlər qara ciyərin patologiyaları, mədə-bağırsaq traktının, mədənin, mədəaltı vəzin, onikibarmaq, nazik və yoğun bağırsaqların, öd kisəsinin və öd yollarının müxtəlif xəstəlikləri zamanı diaqnostika üçündür. Həm də mədə-bağırsaq traktı xəstəliklərinin müalicə nəticələrinin qiymətləndirilməsi və uzunmüddətli həkim nəzarəti tələb olunan zaman nəcis analizi aparılır.
Nəcis analizi nə vaxt təyin edilir?

Nəcis analizi həzm orqanları xəstəliklərinin simptomları: qarın nayihəsindəki ağrılar, ürəkbulanma, qusma, diareya və qəbizlik, nəcis rənginin dəyişməsi, nəcisdə qan, iştahanın aşağı düşməsi, normal qidalanmaya baxmayaraq çəkinin aşağı düşməsi, dərinin vəziyyətinin pisləşməsi və ya saralması, tüklərin və dırnaqların pisləşməsı, gözlərdə saralma, mədədə qaz yaranması və s. zamanı təyin edilir.

Məqalə https://helix.ru saytindan müəyyən ixtisarlarla tərcümə edilmişdir.
Müəllif : Admiral.

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>