MÜALİCƏVİ PLAZMAFEREZ. ALLERGİYA. ALLERGİYANI NECƏ MÜALİCƏ ETMƏK OLAR ?


İnsanın immun sistemi normadan artiq aktivlik göstərəndə allergiya xəstəliyi baş verir. Allergiya müxtəlif formalarda özünü göstərir və insan bədəninin müxtəlif yerlərində lokallaşa bilir, məsələn dəridə (dermatit), burun boşluğunda (pollinoz), ağ ciyərlərdə (bronxial astma), gözlərdə(uveit), damarlarda (vaskulit) özünü büruzə verir.
Allergiyanın kökündə allergiyaya genetik, anadangəlmə meyllilik durur. Ağır hallarda allergiya özünü uşaq dərhal anadan olan kimi (məsələn, diatez) göstərir və müxtəlif formalarda ömür boyu davam edir.
Digər yüngül hallarda, məsələn, insan müəyyən yaşa qədər problemsiz yaşayır və ya uşaq vaxtı allergiya epizodları baş verir və sonra ötüb keçır. Birdən birə həyatın müəyyən dövründə, adətən psixoemosional stresslər zamanı, insanın immun sistemində “qəza” baş verır və allergiya inkişaf etməyə başlayır.
Stress yükündən başqa allergiyanın inkişafına digər səbəblər, məsələn, orqanizmdə yığılmış “şlaklar”, insanın immun sistemınə yad kimyəvi maddələr də (qidadakə konservantlar, qidadakı rəngləyici maddələr, ağır metallar, avtomobillərdən çıxan qazlar və s.) təsir edə bilər.
Bu yad maddələrin orqanizmdən xaric edilməsində immun sisteminin iştirakı ümumilikdə immun nəzarətinin zəifləməsinə gətirib çıxarır, nəticədə immun hüceyrələrinin müəyyən hissəsi müstəqil şəkildə aktivləşir və həmən yerdə allergiya baş verir.


Bəs allergiyanı necə müalicə etmək olar?


Qanın təmizlənməsi proseduraları (plazmaferez) orqanızmin allergik fonuna çox güclü müsbət təsir edir.
Plazmaferez prosedurası zamanı qandan plazma ilə birgə immun aktivliyinin faktorları, həm də orqanizmə yad kimyəvi maddələr və “şlaklar” da xaric edilir.
Başqa sözlə desək, plazmaferez vasitəsilə allergiyanın başlanğıcına təkan verən proseslərə və sonrakı inkişaf mexanızminə də təsir göstərilir. Plazmaferezlə birgə konkret pasient üçün effektiv olan medikamentoz vasitələrin də tətbiqi məqsədəuyğun sayılır.
3-5 plazmaferez prosedurasından sonra allergiya əlamətləri tam yox olur ya da, əgər insan ömrü boyu allergiya xəstəsi olubsa onda allergiya əlamətləri xeyli azalır.
Adətən allergiyanın müalıcəsi allergiyanın başlanğıcına təkan verən səbəblərin aradan qaldırılmasından (məsələn, plazmaferz prosedurası) ibarətdir (əgər bu mümkündürsə) və həm də bu zaman pasientə antiqistamin preparatlar təyin edilir. Antiqistamin preparatlar ümumilikdə allergiyanın klinik formada əmələ gəlməsinin qarşısılnı alır amma allergiyanın yaranma mexanızminə təsir etmir.


Bakıda plazmaferez BİOMED-SPEKTR tibb mərkəzində aparılır. Somatik və cərrahi patologiyaları olan xəstələrin kompleks müalicəsi üçün də bizdə plazmaferez seansı tətbiq edilir. Ana səhifəmizdəki telefonlar vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz.
Plazmaferez – müalicə kursu adətən 3 seansdan ibarətdir. Seanslararası interval 3-4 gündür. Bir seans zanmanı orta hesabla 950 qr. zərərli plazma xaric edilir.


Məqalə http://emd-01.ru saytından müəyyən dəyiçikliklərlə tərcümə edilmişdir. Müəllif : Admiral.

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>