PLAZMAFERZ NƏDİR ? PLAZMAFEREZ — QANIN MÜASİR ÜSULLARLA TƏMİZLƏNMƏSİ

Hələ HİPPOKRAT belə hesab edirdi ki, qan orqanizmin əsas mayelərindən biridir. Onun fikrinə görə “xoşxassəli qan” möhkəm sağlamlığın və “nəcib xüsusiyyətlərin” əsasını təşkil edir. Əsrlər boyu qan təmizləməyin müxtəlif üsulları xəstəliklərə qarşı mübarizədə insanlara kömək olub.

Son onillikdə klinik praktikada qravitasion cərrahiyyə üsulu — plazmaferez daha geniş tətbiq olunur. Plazmaferez nədir? Qana orqanizmdən kənarda təsir göstərilir, yəni əvvəlcə orqanizmdən qan götürülür, qan xüsusi apparatlardan keçir və dəyişdirilmiş şəkildə orqnizmə qaytarılır. Qanı tərkib hissələrinə — maye hissəsinə və hüceyrə hissələrinə (eritrositlər, leykositlər və trombositlərə) ayırırlar. Qanın tərkib hissələrinə ayrılması xüsusi sentrifugada qravitasion qüvvələrin (mərkəzdənqaçma) təsiri altında baş verdiyi üçün bu üsula belə “kosmik” ad “qravitasion cərrahiyyə” adı verilib.

Orqanizmin maye subtraktlarının tərkibindən patoloji elementlərin qravitasiya qüvvələri vasitəsilə ayrilması prosesinə qanın qravitasion cərrahiyyəsi deyilir. Belə əməliyyatlar intensiv qeyri-spesifik terapiya üsulu sayılır və ənənəvi farmakoloji təsirin effektivliyini artıran vasitə sayılır. “Qravitasion cərrahiyyə üsulu plazmanın tərkib hissələrinin bütün patologiyalarında, plazmanın korreksiyası və həmçinin immun problemləri zamanı təyin edilir” (Qavrilov O.K. və digər müəlliflər). Əgər müasir texnika tətbiq edilirsə plazmaferez heç bir çətinlik törətmir, bahalı israf materialları tələb etmir və bu üsul hər hansı tibb müəssisəsi üçün maliyyə cəhətdən cəlbedici görünür. Detoksikasiya ilə birgə plazmaferez həm də orqanizmin immun sisteminə çox müsbət təsir edir, onu korreksiya –bərpa edir. Digər üsullardan plazmaferezin fərqi budur ki, əməliyyat təkrar keçirilərkən hemodilyasiya effekti sayəsində nəinki qan-damar sistemi həm də toxumalar (toxuma deposu) toksik maddələrdən təmizlənir. Plazmaferez seansından dərhal sonra patoloji məhsulların konsentrasiyası xeyli azalır, amma cəmi 6-8 saat sonra qanda bu məhsullar əvvəlki səviyyəyə çatır.

Bu toksik maddələr orqanizmdən sonrakı təkrar plazmaferez seansları vasıtəsilə xaric edilir çünki, patoloji məhsulların çox hissəsi qan-damar sistemindən kənarda yerləşir. Beləliklə plazmaferez vasitəsilə uzun müddət orqanizmdə mövcud olan ksenobiotiklər və həmçinin ətraf mühittən orqnizmə keçən təbii patoloji metabolitlər də xaric edilir. Plazmaferezin müalicə məqsədləri ilə geniş tətbiqi keçən əsrin 60-cı illərindən başlayır. Hal-hazırda plazmaferez intoksikasiya, ekzogen və endogen zəhərlənmələr zamanı və qanın bioximik , kolloid-osmotik tərkibini dəyişən 100-dən çox somatik və nevroloji xəstəliklərin kompleks terapiyası üçün tərbiq edilir (Lopatkin N.A, Lopuxin Y.M).
Plazmaferezin müalicə effekti antigenlərin, anticisimlərin, immun komplekslərinin, endo-ekzotoksinlərin, bakteriyaların, iltihab zamanı yaranan maddələrin orqanizmdən xaric ediılməsi və həmçinin qanın fizkolloid tərkibinin və özlülüyünün bərpası, orqanlar və toxumalardakı mikrosirkulyasiyanın normallaşması ilə izah edilir.
Bakıda plazmaferez BİOMEDSPEKTR tibb mərkəzində aparılır. Somatik və cərrahi patologiyaları olan xəstələrin kompleks müalicəsi üçün də bizdə plazmaferez seansı tətbiq edilir. Ana səhifəmizdəki telefonlar vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz.
Plazmaferez – müalicə kursu adətən 3 seansdan ibarətdir. Seanslararası interval 3-4 gündür. Bir seans zanmanı orta hesabla 950 qr. zərərli plazma xaric edilir.
Plazma itkisi 1000 ml. həcmdə B və C vitamin qrupları əlavə edilmiş kolloid məhlul ilə əvəz edilir.
Ağırlaşmalar bir qayda olaraq müşahidə olunmur.Qeyd etmək lazımdır ki, qan-damar patologiyası və yaşı 65-dən yuxarı olan xəstələrdə plazmaferez seansının sonuna yaxın qipotoniya ( zəiflik və tər gətirir)müşahidə olunur, bu hal keçid xarakteri daşıyır və kolloid məhlulu orqanizmə vurulan kimi xəstənin vəziyyəti normallaşır.
Xroniki hepatit, podaqra, bronxial astma zamanı plazmaferez seansları tətbiq edilərsə bu zaman çox müsbət dinamika müşahidə olunur.

Məqalə https://gb3zelao.ru saytından müəyyən ixtisarlarla tərcümə edilmişdir.

Müəllif: Admiral

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>