DƏNİZDƏ NECƏ QARALMAQ LAZIMDIR ?

Gün altında necə qaralmaq lazımdır ?

Dərinizin gündən yanmamasını və bədəninizin hərtərəfli, bərabər qaralmasını istəyirsinizsə sadəcə olaraq çimərlikdə bəzi sadə qaydalara əməl etməniz məsləhətdir. Gözəl yay mövsümü, yandırıcı günəş, cəlbedici qumlu sahıl — biz həmişə bütün bunların arzusundayıq! Dəniz sahilində keçirdiyimiz vaxt bir qayda olaraq bədənimizin qaralmasına gətirib çıxarır. Bu ideal halda belədir. Bəzən isə günəş vannaları dərinin yanmasına, suluqlamalara və yuxusuz gecələrə də gətirib çıxarır.
Dənizdə nə cür düzgün qaralmaq olar ?

Qaralmaöa hazırlıq.

Ultrabənövşəyi şüalar dəriyə çox neqatıv təsir göstərir və onu qurudur. Ona görə də günəş şüaları ilə təmasa əvvəlcədən hazırlaşmaq lazımdır. Dənizə gəlməzdən qabaq bir gədər nəmləndirici və qidalandırıcı kremlərdən istifadə etmək lazımdır. Əgər dəriniz çox həssasdırsa, onda məzuniyyətdən 2-3 həftə qabaq solyariyə baş çəkmənizi məsləhət görürük. 2-3 dəfə 5 dəqiqəlik seans kifayətdir ki, hüceyrələriniz ultrabənövşəyi şüalara öyrəşsin və sonrakı günəş şüaları ilə təmasa asan davam gətirsin. Bu halda bədəniniz bir qədər qızılı rəngə çalacaq, günəşdən yanma ehtimalı kəskin azalacaq, nəticədə bədəniniz bərabər formada və tez qaralacaq. Həmçinin siz çimərlikdə ilk gündən çox gözəl görünəcəksiniz.

Çimərlikdə necə qaralmalı?

— Günün hansı vaxtı qaralmaq məsləhətdir? Gün çıxandan, ən çoxu günortaya kimi və sonra saat 16-dan gün batana kimi. Nahar vaxtı günəş şüaları çox aqressivdir, bu vaxt gün altda qalsanız dəri yanıqları və günvurma qazana bilərsiniz, ona gorə də bu məsələdən vaz keçin.

— Qaralma müddətini 5-10 dəqiqədən başlayaraq hər gün artirmaq lazımdır. Qalan vaxtınızı ya kölgədə ya da çətir altında keçirin. Bu cür bədəniniz bərabər qaralar və dəriniz qabıq verməz.

— Qaralmadan qabaq kosmetik vasitələrdən, efir yağlarından, mineral əsaslı kremlərdən istifadə məsləhət görülmür.

— Cimərlikdə elə uzanın ki, günəş ayaq tərəfdən güşsün, yəni günəş bədəninizi uzununa şüalandırsın. Başınızı bir qədər qaldırın, bu halda gün gözünüzə düşməyəcək, həm də boynunuz da qaralacaq.

— Hər 10 dəqiqədən bir çevrilin ki, gün bədəninizin digər tərəfini də qaraltsın.

— Hər 20 dəqiqədən bir suya girin və ya duş qəbul edin.

— Belə hesab edilir ki, bədəniniz yaşdırsa daha tez qaralır, bu həqiqətən belədir, amma bərabər şəkildə qaralmaq üçün bədəninizi yaş dəsmal ilə silin ki, bədəninizdə su damcıları qalmasın. Damcilar linza rolunu oynayır və ultrabənövşəyi şüaları cəlb edir, nəticədə damcılar çox olan yerdə bədəniniz daha çox qaralır, dərinizin ağ fonunda xallar əmələ gəlir.

— Yeməkdən 1-2 saat sonra qaralmaq daha məsləhətdir, çünki bu halda orqanizm ultrabənövşəyi şüalarla görüş stressini daha asan keçirir.

— Günvurmadan qorunmaq üçün başınızı mütləq panama, şlyapa və s. ilə örtün.

— Gün eynəkləri taxaraq qaralmayın, çünki sonra sifətinizdə eynəklərin izi qalacaq.

— Dənizdə basseynə nisbətən siz daha tez qaralarsınız çünki, dənizdə gün şüaları daha güclüdür.

— Bədəninizin dərin, gözəl və bərabər qaralması üçün dənizdə ən azı 2 həftə qaralmalısınız. Dərisi ağ olanlara isə 1 ay tələb olunur. Ultrabənövşəyi şüalar dərini qurudur, buna görə də dərini kremlər vasitəsilə nəmləndirmək və qidalandırmaq lazımdır. Ölü hüceyrələrdən dərinizi təmizləmək üçün skrab-dan istifadə edin. Dəriniz həssasdırsa skrab-dan istifadəni həftədə 1 dəfəyə qədər azaldın.

Qaraldıqdan sonra bədəninizin rəngini necə saxlamalı?

Gözəl, bərabər şəkildə qaralmaq — bu hələ işin yarısıdır. Cəmi bir həftə sonra dəri ağarmağa başlayır. Dərinizin tez ağarmaması üçün yerkökü şirəsi için, sarı və narıncı rəngli meyvələr yeyin. Nəmləndirici və qidalandırıcı kremlərdən istifadə etməyi unutmayın. Termal sularla yaxalanın. Şokolad çalarlarını saxlayan xüsusi kosmetik vasitələrdən istifadə edin. Dənizdə düzgün qaralmaq qaydalarını bilərək siz, dərinizin günəşdən yanmaq riskini azldar və bədəninizin tez və gözəl qaralmasına nail olarsınız.

Sizə mehriban və yumşaq günəş arzulayırıq. Qoy dənizdə keçirdiyiniz vaxt sizə gözəl xatirələr bəxş etsin !

Məqalə http://turvopros.com saytından müəyyən ixtisarlarla tərcümə edilmişdir.
Müəllif : Admiral

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>