USM–ULTRASƏS MÜAYİNƏSİ NƏDİR ?

Ultrasəs müayinəsi Bakıda BİOMEDSPEKTR tibb mərkəzində aparılır. Əlaqə telefonlarını saytımızın ana səhifəsindən götürə bilərsiniz.

USM. Pasientlər üçün məlumat.
Ultrasəs müayinəsi — bu orqanların və toxumaların ultrasəs dalğaları ilə müayinəsi deməkdir. Ultrasəs sıxlığı müxtəlif olan toxumalardan, daha doğrusu bu toxumaların sərhədlərini keçərkən, sıxlıqdan asılı olaraq müxtəlif formada əks olunur. Xüsusi qəbuledici datçık əks olunmuş siqnalı qəbul edir və qrafik təsvirə çevirir, hansı ki, daha sonra bu təsvir monitorda və ya xüsusi fotokağızda və ya termokağızda əks olunur.

Ultrasəs üsulu çox sadə və qiymət cəhətgən münasibdir, əks-göstərişləri yocdur. Pasientin bütün müayinə periodu zamanı, bir neçə ay və ya il müddətində USM-i tətbiq etmək mümkündür.Həm də klinik situasiyadan fərqli olaraq müayinəni gün ərzində bir neçə dəfə də aparmaq olar.

Pasientdəki sarğılar, əməliyyatdan sonrakı çapıqlar, piylənmə və yüksək meteorizmdən asılı olaraq bəzən müayinəni aparmaq çox çətin olur və ya müayinə az-informativ olur.

USM tarixi.
Ultrasəsi ilk dəfə italyan alımı Ladzarro Spallantsano 1794-cü ildə kəşf edib. O gördü ki, yarasanın qulaqlarını tutarkın o orientasiyanı itirir. Alim güman etdi ki, orientasiya quşun buraxdığı və qəbul etdiyi xüsusi dalğalar vasitəsilə mümkün olur. Bu dalğalar sonra ultrasəs dalğaları adını aldı.

1942 -ci ildə alman həkim Teodor Dussik və qardaşı fizik Fridrix Dussik ultrasəs dalğaları ilə insanın beyin şişini müayinə etməyə cəhd göstərdilər.

İlk tibbi ultrasəs cihazı 1949-cu ildə Amerika alimi Duqlas Hauri tərəfindən yaradılmlşdır.

Ultrasəs diaqnostikasının inkişafında Xristian Anders Dopplerin xidmətlərini xüsusi qeyd etmək lazımdır. O ilk dəfə çox mühüm yeni fiziki effektin mövcudluğunu gostərdi: əks olunmuş dalğaların tezliyi dalğa mənbəinin müşahidəçiyə nisbətən sürətindən asılıdır. Bu prinsip əsasında, damarlarda qanın sürətini təyin etməyə imkan verən yeni metod — doppleroqrafiya yaradıldı.

USM metodunun imkanları və üstünlükləri.
USM — çox geniş yayılmış diaqnostika metodudur. Müayinə zamanı pasient şüalanmaya məruz qalmadığı üçün metod ziyansız sayılır. Amma bu zaman bəzi şeyləri nəzərə almaq lazımdır. Metod standartlaşdırılmayıb, yəni müayinənin keyfiyyəti istifadə edilmiş cihazlardan və həkimlərin səviyyəsindən asılıdır. Bir də artıq çəki və meteorizm USM müayinəsinə maneçilik törədir.

USM müayinəsi standart metod olaraq skrinning üçün istifadə edilir. O hallarda ki hələ pasientin xəstəliyi və şikayəti yoxdur amma, erkən klinikayaqədər diaqnostikaya ehtiyac var, bu zaman məhz USM-dən istifadə edilir. Artıq məlum patologiyalar zamanı isə KT və MRT-ni dəqiqləşdirici diaqnostika kimi tətbiq olunur. l

USM -in tibbdə tətbiqi çox genişdir. Diaqnostika məqsədləri ilə onu, qarın boşluğu orqanları və böyrəklərin, kiçik taz orqanlarının, qalxanvarı vəzin , süd vəzilərinin, ürəyin, damar xəstəliklərinin aşkarlanmasında, həm də akuşer və pediatrik npraktikada tətbiq edirlər. Həm də USM bəzi təcili cərrahi müdaxilə tələb olunan situasiyalarda, kəskin xolisistid, kəskin pankreatit, damarların trombozu və s. istifadə edilir.

Hamiləlik zamanı USM digər metodlardan üstündür,çünki rentgen metodları dölə ziyan gətirə bilər.

Əks-göstərişlər.
USM üçün əks-göstərişlər yoxdur. USM-dən hamiləlik zamanı patologiyaların ayırd edilməsi və diaqnostikası üçün istifadə edilir. USM pasientə radiasiya yükü vermədiyi üçün onu dəfələrlə tətbiq etmək olar.

Hazırlıq.
Qarın boşluğunun müayinəsi səhər-səhər (müayinəyə qədər ən azı 6-8 saat yemək qəbulu dayandırılır. Müayinəyə 1-2 gün qalmış rasiondan paxlalıları, göyərtini, qara çörəyi, südü çıxarmaq lazımdır. Qazəmələgəlməyə meyllilik varsa onda aktivləşdirilmiş kömür(1 həb, gündə 3 dəfə), və ya başqa enterosorbent, festal məsləhət görülür. Pasientdə şəkərli diabet varsa yüngül səhər yeməyi(isti çay, quru ağ çörək) mümkündür.

Kiçik taz orqanlarının (sidik kisəsi, uşaqlıq, prostat vəzisi) transabdominal müayinəsi üçün sidik kisəsi dolu olmalıdır. Müayinədən qabaq 3 saat ərzində bayıra çıxmamaq və ya müayinəyə 1 saat qalmış 300-500 ml su qəbul etmək lazımdır. Daxili müayinələr zamanı isə (qadınlarda — vagina vasitəsilə, kişilərdə — düz bağırsaq vasitəsilə) əksinə, sidik kisəsini boşaltmaq lazımdır.

Ürəyin damarların və qalxanvarı vəzin ultrasəs müayinəsi xüsusi hazırlıq tələb etmir.

Müayinə nə cür keçir ?

Həkim və ya tibb bacısı sizə USM kabinetinə keçməyi və uzanmağı təklif edirlər. Ultrasəsin daha yaxşı keçməsi üçün həkim bədəninizə xüsusi gel çəkir. Gelin tərkibi orqanizm üçün tamamilə neytraldır.

Müayinə zamanı həkim ultrasəs datçıkını müxtəlif istiqamətlərdə bədəninizə toxundurur. Təsvirlər isə bu zaman monitorda əks olunaraq xüsusi termokağızda çap edeilir.

Damarları müayinə edərkən qanın sürətini ölçmək üçün xüsusi rejim işə salınır. Bu zaman müayinə xüsusi səslə müşayət olunur, bu səs qanin damarlarda hərəkər xarakterini əks etdirir.

Məqalə www.tomography.ru saytindan tərcümə edilmişdir.
Müəllif: Admiral

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>