OZONOTERAPİYA

Biomed Spektr Klinikasında ozonoterapiya prosedurası həyata keçirilir.
Ozonoterapiya 1 əsrdən artıq istifadə olunan qeyri-ənənəvi müalicə üsuludur.Bu üsulun müalicəvi təsiri ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərinə əsaslanır. Ozonoterapiya geniş təsir diapazonuna malikdir. Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapillyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Ozonun çoxcəhətli müalicə effekti onun bakteriya, virus, göbələk və ibtidailərin bütün növlərini məhv etmək və sağaldıcı təsir göstərmək qabiliyyəti ilə də əlaqədardır.
Ozonla müalicə monoterapiya şəklində və ya dərman müalicəsi ilə yanaşı gedə bilər.Kompleks müalicədə ozonun istifadəsi dərmanların müalicəvi təsirini daha effektiv edir,yan təsirlərini azaldır, müalicə kursunun müddətinin və dərmanların dozasının azalmasına səbəb olur. Ozonun müalicəvi təsirinin çox geniş olması, praktik olraq yan təsirinin olmaması, ozonoterapiya prosedurlarının sadə və təhlükəsiz olması həkimlər və xəstələr arsında ozonoterapiyaya marağı artır. 
Ozonoterapiyaya göstərişlər:
Mama -ginekologiya: cinsi orqanların iltihabi xəstəlikləri, sonsuzluq, hamiləlik toksikozları, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması.Damar patologiyaları: trofik yaralar, tromboflebit, aşağı ətraf damarlarının obliterasiyası, venaların varikoz genişlənmələri.
Qastroenterologiya: xroniki qastrit, kolit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki hepatit.
Oynaq xəstəlikləri: artritlər və artrozlar, osteoxondroz, xroniki osteomielit
Kardiologiya: ürəyin işemik xəstəliyi, arterial hipertenziya
Urologiya: pielonefrit, sistit, uretrit, prostatit
Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, qırmızı yastı dəmrov, dermatozlar
Kasmetologiya: sızanaqlar, sellülit, yerli lipodistrofiya, allopesiya
Nevrologiya: beyin qan dövranının pozulmaları, periferik sinir sistemi xəstəlikləri, miqren.
Anesteziya, reanimasya, intensiv terapiya: əməliyyatdan sonra, reanimasiyadan sonrakı dövrdə pozulmuş homeostazın korreksiyası, detoksikasiya olunmuş ozonoterapiya
Infeksion xəstəliklər: virus xəstəlikləri və hepatitlər.
Allergik xəstəliklər
Şəkərli diabet və s.
Ozonoterapiyaya əks göstəriş:
Kəskin miokard infarktı, qanaxma, hipertireoz, trombositopeniya, qıcolma sindromu, ozona qarşı allergiya.

Müəllif : Leyla

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>