ZƏLİ İLƏ MÜALİCƏ–GİRUDOTERAPİYA

ZƏLİ İLƏ MÜALİCƏ — QİRUDOTERAPİYA –Bakıda !
Лечение пиявками в Баку!
Bakıda zəli ilə müalicə BİOMEDSPRKTR tibb mərkəzinin mütəxəssisləri tərəfindən aparılır.
Əlaqə telefonlarını ana səhifədən götürə bilərsiniz.

Qirudoterapiya — müasir tibbdə analoqu olmayan, çox qədim müalicə üsullarindandır ki, bu zaman müalicə məqsədi ilə tibb zəlisindən istifadə olunur. Müalicə effekti onunla izah olunur ki, zəli ifrazatının tərkibində orqanizmə müsbət təsir göstərən bioloji aktiv maddələr var.

Tibb zəlisi — təbiətin möcüzəsidir ki, insanlara 2 min ildən artıqdır ki məlumdur. Qirudoterapiya çox qədim müalicə üsulu olaraq Ayurveda praktikasının bir qoludur və Rusiyada ənənəvi müalicə üsulu sayılır. Bu praktika vaxtı ilə Rusiyaya Hindistandan gətirilmişdir. Qeyd etmək lazımdır ki, pasientin zəli ilə müalicəsi qədim Misir piramidalarında da əks olunub. Zəli ilə müalicəyə (qirudoterapiya) Hippokratın, Qalenin, İbn-Sinanın, Paraselsin və digərlərinin əsərlərində rast gəlirik. Əvvəllər belə hesab edirdilər ki, xəstəliklər “pis qanla” əlaqədardırlar, ona görə də qan alma praktikasından istifadə edilirdı. O zamanlar kəndlilər müxtəlif su hövzələrində tutulan, təbii halda yayılmış zəlilərlə tibbi təşkilatları təmin edirdilər. Müalicə məqsədləri ilə Qərbi Avropada ildə 30 nmilyondan artıq zəli istifadə edilirdi ki, bu da o zaman onların populyasiyasının ciddi azalmasına gətirib çıxarmışdı.

19-cu əsrin birinci yarısında müalicə üsulları barədə təsəvvürlər dəyişdi, qirudoterapiyanı arxaik, hətta ziyanlı üsul hesab etməyə başladılar. Amma o dövrün bəzi məşhur həkimləri (M. Ya. Mudrov, N. İ. Piroqov, Q. A. Zaxaryin) bu üsulun müsbət effektini qeyd edərək qirudoterapiya müalicəsini davam etdirirdilər. 1903-cü ildə F. Frans zəlidən antikoaqulyant maddə “qirudin” aldi. Daha yarım əsr sonra zəlidən kompleks bioloji aktiv maddələr sintez edildi. Axırıncı onillikdə qirudoterapiyaya maraq Rusiyada, Azərbaycanda və həm də xaricdə çox yüksəkdir.

Elmə 490-dən çox zəli növü məlumdur, amma müalicə üçün cəmi bir növdən (tibb zəlisindən) istifadə edilir. Bu növ də iki alt növə–müalicə zəlisi və aptek zəlisinə bölünür. Müalicə zəlisi süni olaraq normal artım üçün optimal şəraitdə yetişdirilir. Zəlidən ancaq bir dəfə istifadə etmək olar, sonra zəli məhv edilir. Başqa sözlə desək, müasir tibbdə zəli bir dəfə istifadə üçün steril alətdir və infeksiyaya yoluxma ehtimalı minimaldır. Zəli qoymaq üçün təcrübəli mütəxəssis — qirudoterapevt lazımdır. Qirudoterapevt həm zəli barədə həm də insan orqanizminin fiziologiyası barədə biliklərə malik nolmalıdır. Zəli bədənin müəyyən nöqtələrinə (bioloji aktiv nöqtələr)– akupunktura nəqtələrinə qoyulur. Yeri gəlmişkən, iynəbatırma terapiyasında və nöqtəvi massajda da bu nöqtələrdən istifadə olunur. Çin həkimlərinin nəzəriyyəsinə əsasən bu nöqtələrin sayı 700-dən çoxdur, amma ənənəvi və müasir tibbdə ancaq 150-sindən istifadə olunur. Hər nöqtə müəyyən orqanla əlaqəlidir.

Zəli qoymaq müəyyən təcrübə tələb edir. Həkim zəlini təyin edilmiş yerə yaxınlaşdiraraq toxundurur, zəli yapişdiqda zəlidə dalğavarı hərəkət müşahidə edilir. Zəli soran yerdə zədə qalir və zəif qanaxma (bəzən bir sutkaya qədər) müşahidə edilir. Buna görə də dərinin zədələnmiş yerinə xüsusi aseptik məhlul vurulur. Hər bir pasientə onun psixoloji və fiziki durumundan, tutulduğu xəstəlikdən asıli olaraq fərdi yanaşma tətbiq edilir.

Bəs zəli necə müalicə edir?
Zəli üç çənəsi vasitəsilə dərini 1.5 mm dərinlikdə deşərək təxminən 5-15 ml qan sorur. Qeyd etmək lazımdır ki, zədə yerindən sonrakı bir neçə saat əhzində təxminən elə bu qədər qan kənara axır. Bir qirudoterapiya seansına adətən 5-7 zəli sərf edilir.

Zəli terapiyası zamanı üçqat müalicə effekti alınır.
Birincisi–bir qədər qan alındığl üçün pasientin reqional qan-damar sistemi yükdən azad edilir və bu pasienti qətiyyən narahat etmir, zəli bununla qan-damar sisteminə mexaniki təsir göstərir. Bu təzyiqi normallaşdırır, qan-damar sisteminin vəziyyətini yaxşılaçdırır və orqanizmə ümumilikdə müsbət təsir göstərir.
İkinci effekt–reflektordur, iynərefleks terapiyası ilə müqayisə oluna bilər, çünki zəli dərini ancaq bioloji aktiv (akupunktur) nöqtələrdə deşir və insan orqanizminin müəyyən orqanları ilə əlaqədar sinirlər məhz bu nöqtələrə gəlir.
Üçüncü effekt-– zəlinin bioloji təsirindən ibarətdir, yəni zəlinin tüpürcək vəzilərinin ifrazatı birbaşa qana vurulur və orqanizm bu maddələrə cavab reaksiyası verir. Zəli vəzilərinin ifrazatında müalicə effekti olan yüzdən çox biloji aktiv maddə mövcüddur.Bu bioloji aktiv komponentlər həm də infeksiyalari məhv etmək qabiliyyətinə malikdirlər.

Qirudoterapiya hansı xəstəlikləri müalicə edir ?
— revmatoidli artrit
— podaqra
— reaktiv artrit
— psoriatik artrit
— Bexterev xəstəliyi(ankilozik spondilit)
— sklerodermiya
— osteoxondroz
— revmatizm
— ceptik artrit
— artroz
— osteoporoz
— psoriaz
— neyrodermit
— hipertoniya
— şəkərli diabet
— hipoterioz
— ürəyin işemik xəstəliyi
— polinevrit
— miqren
— lipid mübadiləsinin pozuntusu
— venoz və limfatik axarların pozuntusu
— tromboflebit
— bitişmə prosesləri
— trofik pozuntular
— sellülit
— piylənmə
— kiçik taz orqanlarının xronik iltihabı
— plastik(kosmetoloji) əməliyyatlardan sonra
— bitişmədən sonra toxumaların ifrat böyüməsi(çapıqlar, tikiş yerləri və s.)
— oftalmoloji xəstəliklər (qlaukoma, iridosiklit)

Məqalə http://krb25.ru/ saytindan müəyyən ixtisarlarla tərcümə edilmişdir.
Müəllif: Admiral

Fikrinizi bildirin

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>